shpsi / e-olymp

e-olymp (e-olimp) meselelerinin helli... (Her hansi uygunsuzluqla qarsilashsaniz e-mailim@box.az unvanina bu haqqda izahla yazin zehmet olmazsa...)

Geek Repo:Geek Repo

Github PK Tool:Github PK Tool

e-olymp

e-olymp (e-olimp) məsələlərinin həlli

e-olymp (e-olimp) meselelerinin helli

e-olymp (e-olimp) solutions

Решение задач с сайта e-olymp.com (e-olimp.com)

Mütəmadi olaraq burada etdiyim məsələlərin həllini bəzən (əsasən) C#-da, bəzən (qısa alqoritmləri) Pascalda, bəzən C++ da, bəzən də Javada yazıb, yerləşdirməyi düşünürəm, yerləşdirilən həllərin heç də hamısı mənim deyil (mənim olanlar C# da yazılanların əksəriyyəti və çox da uzun olmayan C++ və Pascalda yazılmış həllərdir). Heç şübhə etmirəm ki, yerləşdirdiyim həllərdə ara-sıra bəzi səhvlər (istər problemin nömrəsinin uyğunsuzluğu, istərsə dilin sintaksis səhvi, istərsə də məntiqi səhv yaxud da yalnış (vaxt və yaddaş limitinə səbəb) alqoritm) çıxacaq. Əgər qarşınıza bu cür səhvlər (xətalar) çıxsa və ya Sizin tapdığınız alqoritm qeyd olunan alqoritmdən daha sürətli, optimal və az yaddaşlıdırsa, GitHub-dan istifadə bacarığınız varsa, elə birbaşa səhifənin özündə redaktə etməyinizi, əgər saytdan istifadə səriştəniz yoxdursa, tapdığınız unikal alqoritm (həll) barədə e-mailim@box.az ünvanına ətraflı şəkildə yazmağınızı Siz(lər)dən rica edirəm.

Həlli yerləşdirilməyən məsələlər haqqında

Bəzən elə olur ki, müəyyən bir məsələni həll etdikdən sonra həmin həlli (alqoritmi) bura yerləşdirməyi unuduram. Nəzərə alsaq ki, e-olymp.com (e-olimp.com) saytında 7000-dən artıq məsələ var (bunların bəziləri təkrar suallardır), müəyyən məsələni sevincək həll edib, yerləşdirməyi unutmaq zənnimcə, normal fizioloji prosesdir.

Ola bilər ki, məsələni həllini məndən öncə Siz tapmısınız və həmin məsələ burada həll olunmamış kimi görünürsə, tapdığınız həmin həlli Problem[Nomresi]_[alqoritmin dili] olmaqla əlavə edə bilərsiniz.

Yuxarıda göstərilən hallarla (yerləşdirməyi unutduğum məsələlər və s.) rastlaşsanız, tapdığınız həlli yerləşdirməyi bacarmasanız, lütfən e-mailim@box.az ünvanına həlli (nömrəsi ilə birlikdə) yazıb, göndərin.

İradlarınızı, tənqidlərinizi, təkliflərinizi, fikirlərinizi öyrənmək mənə hər zaman xoşdur.

Hörmətlə, Mehman Elxanoglu

About

e-olymp (e-olimp) meselelerinin helli... (Her hansi uygunsuzluqla qarsilashsaniz e-mailim@box.az unvanina bu haqqda izahla yazin zehmet olmazsa...)


Languages

Language:C++ 80.6%Language:Pascal 7.9%Language:C# 7.2%Language:Roff 3.7%Language:Java 0.5%Language:Python 0.0%