farildev / advanced-js

Javascript proqramlaşdırma dilinin önəmli mövzuları haqqında azərbaycan dilində qaynaq 🚀

Geek Repo:Geek Repo

Github PK Tool:Github PK Tool

Xoş gəlmişsiniz!

Salam! Mənim adım Hikmətdir. Bu repo-da Javascript haqqında hər proqramçının bilməli olduğu kritik mövzulardan bəhs edirəm. Əgər məlumatlar yararlıdırsa, itirməmək üçün reponu ulduzlamağı (star) unutmayın.

Kimlər üçün uyğundur?

Javascript-də heç olmasa müəyyən qədər təcrübəsi olanlar üçün əla qaynaqdır. Yəni 0-dan başlayan biri üçün məs. CALL STACK-da nə baş verdiyini oxumaq məncə sıxıcı olar.

Yeni mövzular

Hər həftə ən az bir mövzu haqqında detallı yazıram. Mövzuların sırası əvvəlcədən var. Odur ki, reponu gündəlik kontrol edin.

Daha yaxşı oxumaq üçün

Sözügedən mövzular olduqca qəlizdir. İlk oxumada aydın olmayan məqamlar çox ola bilər. Təkrar-təkrar oxumaqda fayda var. Adətən oxumaq üçün ən yaxşı vaxt səhər və günorta vaxtlarıdır. Gecə gözünüzdən yuxu töküldüyü zaman bu mövzuları oxumaq vaxt itkisi olacaq.

Unutmayın ki,

Unutmayın ki, mən bu məlumatları dokumentasiyadan və bir sıra mənbələrdən tərcümə edib yazıram. Bu o deməkdir ki, tərcümə xətaları məntiq xətalarına gətirib çıxara bilər. Amma tərcüməni özüm etdiyim üçün bu risk minimum səviyyədədir. Əgər konkret olaraq hər hansı sətirin səhv olduğunu düşünürsünüzsə "Issues" bölməsində bunu bildirin.

Unutmayın ki, yazılan izahlar hər zaman 100% bütöv deyil. Yəni izahlar doğrudur, yazılanlar baş verir amma daha dərində hərşey çox daha mürəkkəb işləyir. İzahlar, iş prinsipini başa düşməyimiz üçündür.

Müəllif hüquqları

Bu repo hərkəsə açıqdır. Hər hansı müəllif hüququ yoxdur. İstədiyiniz yerdə paylaşın, amma öz adınızdan paylaşmamaq və mənbə olaraq bu reponu qeyd etmək şərtilə. Əsasən müəllimlər üçün öz tələbələrinə azərbaycan dilində qaynaq kimi vermək, tələbələr üçün də boş vaxtlarında oxumaq üçün əlverişlidir.

Mentorluq, məsləhət, təklif, şikayət

About

Javascript proqramlaşdırma dilinin önəmli mövzuları haqqında azərbaycan dilində qaynaq 🚀